• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ mitinqinə niyə icazə verilmədi?

  • 02 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsinin sədri, müharibə veteranı İlham İsmayıl noyabrın 1-də Bakı Şəhər İcra Hakimiyyətinə dəvət olunub. Novator.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov İlham İsmayıla noyabrın 24-nə təyin olunmuş mitinqə şərait yaratmaqdan imtina məktubu təqdim edib.

Qarabağ Komitəsi sentyabrın 29-u Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbi ilə aksiya keçirib. Analoji aksiya noyabrın 24-nə təyin olunub, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin noyabrın 1-də təqdim olunan imtina məktubunda qeyd olunur ki, prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, KİV-ə təfsilatı ilə açıqlanır: “Qeyd olunanlar nəzərə alınaraq 24 noyabr 2018-ci ilə planlaşdırdığınız mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir”.

Qarabağ Komitəsi noyabrın 8-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirlikləri qarşısında piketlər keçirmək niyyətindədir.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

Münaqişənin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.

Paşinyan Qarabağa gedib məzuniyyətə çıxdı

  • 02 Noyabr 2018
  • comments

9 əmək birjasında 127 nəfər iş tapıb

  • 02 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda