• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan camaata məsləhət verir

  • 18 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan ölkə vətəndaşlarını xarici dilləri öyrənməyə çağırıb. Novator.az-ın məlumatına görə, oktyabrın 18-də özünün “Facebook” səhifəsində açıqlama yayan Nikol Paşinyan fransız, rus və ingilis dili bilgilərini təkmilləşdirmək üçün müntəzəm çalışdığını vurğulayıb: “Hər bir dillə həftədə iki dəfə məşğul oluram. Sizə də bunu məsləhət görürəm – xarici dilləri öyrənin!”.

Nikol Paşinyan idmanla məşğul olması ilə də tanınır. O, hər gün trenajor zalında məşq, hovuzda üzür və velosiped sürür.

1975-ci il iyunun 1-də Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan 1991-ci ildə Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Təhsil aldığı illərdə “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” nəşrində redaktor vəzifələrində çalışıb. 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün ali təhsil diplomu ala bilməyib.

1998-ci ildə Nikol Paşinyan “Oraqir” qəzetini təsis edərək bu nəşrin baş redaktoru postunu tutub. 1999-cu ildə qəzet qapadılıb.

2000-ci ildən Nikol Paşinyan “Aykakan jamanak” qəzetinin baş redaktoru olub.

Nikol Paşinyan 2008-ci ildə aksiyalarda iştirakına görə cinayət məsuliyyətinə alınıb, amma gizləndiyi üçün onu tutmaq mümkün olmayıb. 2009-cu ildə Nikol Paşinyan polisə təslim olaraq həbsə göndərilib, 2011-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb.

2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.

Əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən aprelin 13-dək Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca sabiq prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.

Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Oktyabrın 16-da o, növbədənkənar parlament seçkisinə yol açmaq üçün istefa verib, ancaq baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır.

Kerç qırğınından yeni məlumat

  • 18 Oktyabr 2018
  • comments

Kitablara 35 faiz endirim

  • 18 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda