Beynəlxalq Ərzaq Siyasəti Tədqiqat İnstitutu “Welthungerhilfe” (Almaniya) və “Concern Worldwide” (İrlandiya) qeyri-hökumət təşkilatları ilə birgə məruzə dərc edib. Novator.az-ın məlumatına görə, məruzədə bildirilir ki, dünyada 124 milyon insan aclıq çəkir. İki il əvvəlki məruzədə aclıq çəkənlərin sayının 80 milyon nəfər olduğu bildirilib.
Hesabatda aclıq və ya qidalanma problemi ilə üzləşən məcburi köçkünlərin sayının 70 milyon nəfərə çatdığı vurğulanır.
Aclıq reytinqində ölkələr müvafiq ballar üzrə sıralanıb. Məruzəyə əsasən, aclıqdan ən çox korluq çəkən Mərkəzi Afrika Respublikasının əhalisidir: 53,7 bal.
Çadın balı 45,4, Yəmənin balı 39,7, Madaqaskarın balı 38, Zambiyanın balı 37,6, Syerra-Leonenin balı 35,7, Haitinin balı 35,4-dür.
Bir neçə ölkənin, o cümlədən Belarus, Estoniya, Latviya, Litva, Türkiyə və Ukraynanın aclıq göstəricisi üzrə balı 5-dən aşağıdır.
Qazaxıstan məruzədə 5,5, Rusiya 6,1, İran 7,3, Ermənistan 7,6, Gürcüstan 8,1, Qırğızıstan 9,3, Azərbaycan 9,5, Özbəkistan 12,1, Türkmənistan 12,2 balla göstərilir.