Şakir Yaqubov
Mən bir dəfə bu mövzuda yazmışam, şifahi şəkildə dediyimin isə sayı-hesabı yoxdur. Ən azı jurnalistlərə deyirəm: əzizlərim, yaşına görə, əlilliyinə görə və s. dövlətdən alınan vəsaitin adı TƏQAÜD DEYİL, PENSİYADIR. PENSİYA!!!
Təqaüdü verirlər tələbələrə, nə bilim, gənc yazarlara, artistlərə və digər şəxslərə. Mənim 68 yaşım var, hər ay PENSİYA ALIRAM. Mən TƏQAÜDÇÜ deyiləm, PENSİYAÇIYAM. Axı bizim bu mövzulu qanunumuz PENSİYA qanunumuzdur!