Bir çox valyuta bahalaşıb
Mərkəzi Bank sentyabrın 13-də bir çox valyutanı bahalaşdırıb. Novator.az-ın məlumatına görə, avro 1,9762, ingilis funt sterlinqi 2,2172, Rusiya rublu 0,0247, türk lirəsi 0,2678 manata yüksəlib. Dəyər itirən gürcü larisinə 0,651 manat qiymət qoyulub. ABŞ dolları isə yenə 1,7 manata təklif olunur. Bu ...
Prezident təqaüdü alacaq tələbələr
2018-ci ilin tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərib Azərbaycanın ali məktəblərinə daxil olmuş 102 tələbə prezident təqaüdü alacaq. Novator.az bildirir ki, dövlət başçısı İlham Əliyevin 12 sentyabr sərəncamı ilə bu şəxslər prezident təqaüdünə layiq görülüb: Abbaslı Ülvi İlqar oğlu ...
Fərman: elektron hökumət gücləndirilir
Prezident İlham Əliyev elektron hökumətlə bağlı yeni tədbirlərə fərman verib. Sentyabrın 12-də imzalanan fərmanla dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları təsdiqlənib. Sənədə əsasən, Elektron Hökumət İnformasiya Siste...
Pensiyaçılar üçün rahat ölkələr
“Natixis” beynəlxalq maliyyə korporasiyası pensiyaçıların yaxşı yaşadığı ölkələrin reytinqini tərtib edib. Novator.az-ın məlumatına görə, 43 ölkənin daxil olduğu siyahı iqtisadi, maliyyə və sosial sahələr üzrə 18 aspektin analizi əsasında müəyyən olunub, bu fonda tibbi xidmət səviyyəsi, güzəştlərin ...
Dövlət Miqrasiya Xidməti avqust statistikası açıqlayıb
Dövlət Miqrasiya Xidməti avqust ayına olan statistik məlumatları açıqlayıb. Hesabata görə, avqust ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 91 min 626 müraciət qeydə alınıb. Ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma ...
İlham Əliyev Paşinyanı ittiham etdi
Prezident İlham Əliyev sentyabrın 12-si Bakıda ATƏT-in baş katibi Tomas Qremingerlə görüşüb. Dağlıq Qarabağ münaqişəsindən söz açan İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar təəccüb doğu...
Cütlüklərin 10%-i nikahsız yaşayır
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi yaşı 18-dən yuxarı 1600 vətəndaş arasında sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğuya qatılan rusiyalıların 50%-i rəsmi kəbinlə evli olduğunu bildirib. Cütlüklərin 10%-nin isə nikahsız yaşadığı üzə çıxıb. Nəticələrə əsasən, kişilərin 54%-i, qadınları...
Prezident təhsil ocaqlarına baş çəkib
Prezident İlham Əliyev sentyabrın 12-si Bakının Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, məktəbin binası 1937-ci ildə tikilib. 2005-ci və 2007-ci illərdə məktəb üçün əlavə iki korpus istifadəy...
Gömrükdən büdcəyə 2,3 milyard manat gəlib
2018-ci ilin avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 329,8 milyon manat daxil olub. Novator.az bildirir ki, büdcə yanvar ayında Dövlət Gömrük Komitəsindən 226 milyon manat, fevral ayında 219,7 milyon manat, mart ayında 281,2 milyon manat, aprel ayında 300,6 milyon manat, may ayında...
Yeni ticarət hesabatları
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən mal alınıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 7 ayda xarici ticarət dövriyyəsi 17 m...
“Azərbaycanda heç bir zaman şəriət dövləti qurula bilməz”
Novator.az şəriət dövlətinin nə demək olduğu, Azərbaycanda tarixən şəriət-cəmiyyət, dövlət-din münasibətlərinin necə qurulduğu mövzusunda ekspertlərlə söhbətləri davam etdirir. “Şəriət dövləti” mövzusu hazırda dünyada aktualdır. Bəzi radikal dini meyllər mövzunu Azərbaycanda da aktuallaşdırıb. Ölkəd...
Gürcü Arzusu kimi prezident görmək istəyir?
Oktyabrın 28-i Gürcüstanda prezident seçkisi keçiriləcək. Mərkəzi Seçki Komissiyasında ilkin olaraq 44 iddiaçı qeydə alınıb. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası seçkidə Salome Zurabişviliyə dəstək verir. Novator.az bildirir ki, Salome Zurabişvili 1952-ci il martın 18-i Fransanın payt...
Azərbaycan nefti 80 dolları keçdi
Sentyabrın 12-də Azərbaycan neftinin qiyməti artıb. AZƏRTAC xəbər verir ki, 1,30 dollar bahalaşan “AzəriLayt” 80,29 dollara satılır. London birjasında brent markalı neftin bir barreli 79,36 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 69,87 dollara təklif olunur. Azərbaycanın 2018-ci...
Bu il doğulan uşaqların 53 faizi oğlandır
Dövlət Statistika Komitəsi demoqrafik hesabat yayıb. Novator.az-ın məlumatına görə, 7 aylıq hesabatda qeyd olunur ki, 2018-ci il avqustun 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 943 min 226 nəfərə çatıb. İlin əvvəlindən 45141 nəfər artım olub. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır, hə...
Millətlər Liqasında durum
Yığma komandaların yeni yarışı olan UEFA Millətlər Liqasının qrup mərhələsində iki tur arxada qalıb. Reqlamentə görə, A divizionu qruplarının qalibləri 2019-cu ilin iyununda keçiriləcək final raunduna vəsiqə qazanır, B, C və D divizionları qruplarında qalib olanlar yuxarı diviziona çıxır, A, B və C ...
Rəsmi kurslar
Sentyabrın 12-də gürcü larisi (0,6545 manat), Rusiya rublu (0,0245 manat) və türk lirəsinin (0,2644 manat) rəsmi məzənnələri yüksəlib. Mərkəzi Bank ucuzlaşan avronu 1,9699, ingilis funt sterlinqini 2,2116 manata satır. ABŞ dollarının kursu isə 1,7 manat həddində qalıb. Bu qiymət martın 7-dən qüvvədə...
Xarici borc nə qədər artıb?
1 iyul 2018-ci ilə Azərbaycanın xarici dövlət borcu 9 milyard 600,2 milyon ABŞ dolları, onun ümumi daxili məhsula (ÜDM) nisbəti 21,9 faiz olub. Hesabatı yayan Maliyyə Nazirliyi bildirir ki, hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə alınan kreditlər üzrə şərti öhdəliklərin daxil edildiyi b...
Kartof bazarındakı vəziyyətlə bağlı açıqlama
AZƏRTAC “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin nümayəndəsi Nicat Nəsirlinin kartof bazarındakı vəziyyətlə bağlı açıqlamasını yayıb. Bu il ölkədə 743 min ton kartof istehsalının proqnozlaşdırıldığını deyən Nicat Nəsirli qeyd edib ki, kartofun əkin sahəsi 59 min hektara, məhsuldarlığı isə...
Ukraynada NATO sorğusu
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu və Demokratik Təşəbbüslər Fondu Ukraynada NATO mövzulu sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğuya qatılanların 42%-i ölkənin NATO-ya üzvlüyünü milli təhlükəsizliyin ən yaxşı təminatı saydığını bildirib. 18 yaşdan yuxarı 2041 nəfərin qatıldığı sorğuda...
İnsanı yoran nədir?
“Düşüncələr” silsiləsindən Mətanət Natiq Allahın evi Çox ziyarətgah var. Bizim bir arzumuz, istəyimiz olanda ziyarətgahlara üz tuturuq. Arzumuz, diləyimiz yerinə yetəndə də ziyarətgaha gedirik. Ziyarətgahlar müqəddəs və toxunulmazdır. Bəzi insanlar elə başa düşürlər ki, istəyi, diləyi bu ziyarətgahl...