Millətlər Liqasında durum
- 12 Sentyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Yığma komandaların yeni yarışı olan UEFA Millətlər Liqasının qrup mərhələsində iki tur arxada qalıb.
Reqlamentə görə, A divizionu qruplarının qalibləri 2019-cu ilin iyununda keçiriləcək final raunduna vəsiqə qazanır, B, C və D divizionları qruplarında qalib olanlar yuxarı diviziona çıxır, A, B və C divizionları qruplarında sonuncu yeri tutanlar aşağı diviziona düşür.
Novator.az bildirir ki, iki turdan sonra A divizionunun 1-ci qrupunda Fransa, 2-ci qrupunda İsveçrə, 3-cü qrupunda Portuqaliya, 4-cü qrupunda İspaniya önə çıxıb.
B divizionunda 1-ci qrupa Ukrayna, 2-ci qrupa Rusiya, 3-cü qrupa Bosniya, 4-cü qrupa Danimarka başçılıq edir.
C divizionunun 1-ci qrupunda Şotlandiya, 2-ci qrupunda Finlandiya, 3-cü qrupunda Bolqarıstan, 4-cü qrupunda Monteneqro liderliyi ələ alıb.
D divizionunda 1-ci qrupun başında Gürcüstan, 2-ci qrupun başında Lüksemburq, 3-cü qrupun başında Kosovo, 4-cü qrupun başında Makedoniya dayanır.
Millətlər Liqası 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan bir vəsiqə verir. Bunun üçün 2020-ci ilin martında qrup qalibləri arasında əlavə matçlar keçiriləcək.