• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peyk təbriki

  • 26 Sentyabr 2018
  • Posted in ManşetXəbər
4
SHARES
FacebookTwitterPinterest

Sentyabrın 26-da Azərbaycanın “Azerspace-2” peyki orbitə buraxılıb. Prezident İlham Əliyev bu münasibətlə xalqı səslənərək deyib: “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilib. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Eyni zamanda gələn ay müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.

Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Eyni zamanda kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.

Peyklərin eyni zamanda kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Eyni zamanda “Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azərsky” peykinin xüsusi rolu var. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk.

İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi – bütün bu işlərdə “Azərsky” müşahidə peykinin xüsusi rolu var.

“Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

Türkmənistanda “kommunizm” ləğv olunur

  • 26 Sentyabr 2018

Dövlət Duması qadına güzəşt layihəsinə razılaşdı

  • 26 Sentyabr 2018

Son materiallar

comments
Xəbər

“Bunu heç vaxt unutmayacağıq”

comments
Xəbər

Sərmayə göstəriciləri

comments
Xəbər

3032 itki

comments
Xəbər

47 hərrac, 61,5 milyon manat

Rəylər

Do not miss

comments
Xəbər

“Bunu heç vaxt unutmayacağıq”

Son materiallar

comments
Xəbər

“Bunu heç vaxt unutmayacağıq”

comments
Xəbər

Sərmayə göstəriciləri

comments
Xəbər

3032 itki

comments
Xəbər

47 hərrac, 61,5 milyon manat

comments
ManşetXəbər

Prezidentin xüsusi nümayəndəlikləri yaradılır

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada qadınlara qadağan olunan peşələr

comments
Xəbər

Azərbaycan nefti neçəyədir?

comments
Xəbər

Yeni nəşrlər

comments
ManşetXəbər

Qarabağ Dirçəliş Fondunun nizamnaməsi

comments
ManşetTribunaYazarlar

Sənin ilin…

comments
Dünyanın səsiManşetŞərh

Həbs nəyi dəyişir?

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Kapitolinin o üzü: demokratiya hər yerdə təhlükə altındadır

comments
ManşetŞərh

Azalmalara şərh, artıma diqqət, bir də təklif

comments
ManşetXəbər

Ticarət və istehsal statistikası

comments
Xəbər

Turizmdə nə qədər azalma var?

comments
ManşetŞərh

20-ci ilin əsas tərəfdaşları

comments
Dünyanın səsiXəbər

Ermənistan hökumətində yenilik

comments
ManşetXəbər

2855 şəhid, 50 itkin

comments
Xəbər

20-ci ildə 26004 cinayət qeydə alınıb

comments
ManşetXəbər

İdarəçilikdə yeniliklər anonsu

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda