BMT-nin hər il tərtib etdiyi İnsan İnkişafı İndeksində əsas meyarlardan biri orta ömür uzunluğu göstəricisidir. Novator.az bildirir ki, son reytinqdə orta ömür uzunluğuna görə Honkonq öndə dayanır: 84,1 yaş.
Yaponiyada orta ömür uzunluğu 83,9 yaş, İsveçrədə 83,5 yaş, İspaniyada 83,3 yaş, Sinqapurda və İtaliyada 83,2 yaş, Avstraliyada 83,1 yaş, İslandiyada 82,9 yaş, İsraildə və Fransada 82,7 yaşdır.
BMT-nin hesabatında Böyük Britaniyada orta ömür uzunluğu 81,7 yaş, Almaniyada 81,2 yaş, ABŞ-da 79,5 yaş, İranda 76,2 yaş, Türkiyədə 76 yaş göstərilir.
Estoniyada orta ömür uzunluğu 77,7 yaş, Litvada və Ermənistanda 74,8 yaş, Latviyada 74,7 yaş, Gürcüstanda 73,4 yaş, Belarusda 73,1 yaş, Azərbaycanda və Ukraynada 72,1 yaş, Moldovada 71,7 yaş, Özbəkistanda 71,4 yaş, Rusiyada və Tacikistanda 71,2 yaş, Qırğızıstanda 71,1 yaş, Qazaxıstanda 70 yaş, Türkmənistanda 68 yaşdır.
Orta ömür uzunluğu baxımından ən geridə Syerra-Leone dayanır: 52,2 yaş.