• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

KTMT: tarix, orqanlar, üzvlük qaydası

  • 06 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

Son vaxtlar Azərbaycanda ölkənin hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması çağırışları səslənir. Novator.az bunu nəzərə alaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı barədə qısa arayış hazırlayıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsası 1992-ci il mayın 15-də 6 ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub, üzvlərin sayı 9-a qalxıb. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.

2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar və KTMT üzvlərinin sayı 6-ya düşüb.

7 oktyabr 2002-ci ildə KTMT-nin nizamnaməsi qəbul olunub. Nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur.

2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.

KTMT-nin əsas orqanları bunlardır:

Kollektiv Təhlükəsizlik Şurası (üzv ölkələrin liderlərinin daxil olduğu ali orqan);

Xarici İşlər Nazirləri Şurası;

Müdafiə Nazirləri Şurası;

Təhlükəsizlik Şurası Katibləri Komitəsi;

Daimi Şura (üzv ölkələrin KTMT-də səfirlərindən ibarət).

Daimi işçi qurumlar Katiblik və Birləşmiş Qərargahdır. Hər iki qurumun ofisi Rusiyanın paytaxtı Moskvada yerləşir.

KTMT-nin Parlament Assambleyası da var.

Kollektiv Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin qərarları konsensusla qəbul olunur. Hər hansı üzv ölkənin etiraz etmədiyi təqdirdə məhdud tərkibdə qərarın qəbulu da mümkündür.

KTMT-nin ali vəzifəli şəxsi baş katibdir. Hazırda bu vəzifəni erməni general-polkovnik Yuri Xaçaturov tutur.

Qurumda rəsmi və işçi dil rus dilidir.

KTMT-yə üzv olmaq istəyən ölkə Kollektiv Təhlükəsizlik Şurasına yazılı müraciət etməlidir. Bu müraciətə ilk olaraq Katiblik və Daimi Şurada baxılır. Ardınca Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin ayrı-ayrılıqda razılığı tələb olunur.

Müzakirələr bitəndən, öhdəliklər götürüləndən, sənədlər imzalanandan sonra Kollektiv Təhlükəsizlik Şurası ölkənin KTMT-yə üzvlüyünə qəbulu ilə bağlı qərar verə bilər. Konsensus əsasında…

Zaqrebdə görüşlər

  • 06 Sentyabr 2018
  • comments

Çirkli hava beyinə necə təsir edir?

  • 06 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda