2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda doğulmuş qız uşaqlarına qoyulan ən populyar ad Zəhradır. Novator.az bildirir ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya əsasən, Zəhra adı səkkiz ayda 1534 uşağa verilib.
Populyar adlar onluğunda Nuray (1071 uşaq) ikinci, Aylin (1009) üçüncüdür.
Məryəm adını yanvar-avqust aylarında 1005, Zeynəb adını 913, Fatimə adını 847, Mələk adını 819, İnci adını 732, Dəniz adını 641, Mədinə adını 604 qız uşağı alıb.
Oğlan adlarına Yusif başçılıq edir. Bu ad yanvar-avqust aylarında 1536 uşağa verilib.
Digər populyar adlar bunlardır: Əli (1250 uşaq), Hüseyn (1109), Uğur (966), Ömər (957), Məhəmməd (837), Murad (814), Ayxan (693), Tunar (568), İbrahim (448).