Ümumi daxil məhsul: Azərbaycan 90-cı yerdədir
- 13 İyul 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Dünya Bankı ölkələrin ümumi daxil məhsul (ÜDM) göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, 2017-ci il üzrə hesabatda Azərbaycan 40,7 milyard dollarlıq ÜDM-lə 90-cı sırada qərarlaşıb.
ÜDM sıralamasında 1-ci yeri ABŞ tutur: 2017-ci ildə ölkədə 19,3 trilyon dollarlıq ÜDM istehsalı qeydə alınıb.
Çin 12,2 trilyon dollarla 2-ci, Yaponiya 4,8 trilyon dollarla 3-cüdür.
Rusiya 1,5 trilyon dollarlıq ÜDM-lə 11-ci yerdə qərarlaşıb.
Türkiyə ÜDM-in həcminə görə 17-ci yerdədir: 2017-ci ildə ölkədə 851,1 milyard dollarlıq ÜDM istehsal edilib.
İran 439,5 milyard dollarla 26-cı, Gürcüstan 15,1 milyard dollarla 119-cu, Ermənistan 11,5 milyard dollarla 133-cüdür.