• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirin tapşırıqları, xəbərdarlıqlar

  • 02 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Münaqişənin həllinin uzadılması onun alovlanmasına aparır”. Müdafiə naziri Zakir Həsənov iyunun 30-da keçirdiyi xidməti müşavirədə belə deyib. Mod.gov.az-ın məlumatına görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə video vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Cəbhədəki vəziyyətə toxunan müdafiə naziri qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi, nizam-intizamı və döyüş növbətçiliyi zamanı sayıqlığının artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Zakir Həsənov qeyd edib ki, münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır: “Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır. Əks təqdirdə düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də ordumuzun silahının gücünü öz üzərində hiss edəcək”.

İyulun 2-dən 6-dək cəbhə bölgəsində keçiriləcək genişmiqyaslı təlimlərə toxunan müdafiə naziri müvafiq vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Nazir qeyd edib ki, təlimlərdə əsas diqqət işğal olunmuş ərazilərin azad edilməsinin müxtəlif ssenariləri üzrə qoşunların tətbiqi və müvafiq döyüş tapşırıqlarının icrası, o cümlədən düşmənin bütün hərbi infrastrukturunun məhv edilməsi üçün nəzərdə tutulan ən müasir silah və hərbi texnikanın praktiki tətbiqinə yönəldilməlidir.

Təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

İki polis zabiti ali rütbələr aldı

  • 29 İyun 2018
  • comments

120 ilin rekordu, yaxın proqnoz

  • 02 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda