Cəbhə bölgəsində yeni hərbi hissə
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının yeni hərbi hissəsi açılıb. İyunun 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində inşa edilmiş hərbi hissənin açılışına qatılaraq ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra mey...
“Qarabağ”: ilkin rəqib və potensial rəqiblər
UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandasının ilk rəqibi bəlli olub. Novator.az-ın məlumatına görə, iyunun 19-da atılan püşk turnirə 1-ci mərhələdən (10-18 iyul arasına təyin olunub) qoşulan “Qarabağ”a Sloveniyanın “Olimpiya” komandasını qismət edib. İlk oyun rəqib meydanı...
Saakyana dəstək səfəri
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri zamanı işğalçı rejimin başçısı Bako Saakyana dəstək verib. Nikol Paşinyan Dağlıq Qarabağa iyunun 16-da gedib. Novator.az-ın məlumatına görə, həmin gün o, Xocavənd rayonunda yeni kilsənin açılışına qatılıb, E...
Eşq və xəyanət (35)
Aynur MƏSİMOVA (TƏMKİN) Gülpəri Raufun hələ də durmadığını görüb həyəcanlandı. Oğlunun yatdığı otağın qapısı önündə dayanıb nə edəcəyini fikirləşdi. Ehmalca qapını taqqıldatdı. Cavab almadıqda bir az da qorxdu. Ürəyi həyəcandan əsə-əsə qapını itələdi. Gördüyü mənzərədən dəhşətə gəldi. Otağın əvvəlki...
Hökumət Baxtadzeyə verilir
Gürcüstan prezidenti Georgi Margvelaşvili yeni hökuməti formalaşdırmağı maliyyə naziri səlahiyyətlərinin icraçısı Mamuka Baxtadzeyə həvalə edib. O, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədidir. Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Mamuka Baxtadze Tbilisi Dövlət Univers...
Qarabağlı qatil necə azadlığa çıxıb?
İyunun 15-də Ermənistan Kassasiya Məhkəməsi Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayanı parlamentin 11 deputatının qoyduğu girov müqabilində zaminə buraxıb. Novator.az-ın məlumatına görə, zamin duran deputatların hər birindən 500 min dram (1035 dollara yaxın) girov alınıb. 1965-c...
Cəhənnəmdən keçmiş mələk (81)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Üstündən üç gün ötmüş Əlinin anası həminki oğluyla birgə yenə darvazamızı kəsdirdi. Canıma vicvicə doldu. Özüm üzə çıxmadım, Maralı verdim qabağa, tapşırdım onlara desin ki, inəklə bağlı nə sözləri-istəkləri varsa əmim oğlunu görsünlər. Arvad da inad ...
DANA qurğularının tətbiqi ilə atışlar
Azərbaycan Ordusunun artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub. Müdafiə Nazirliyinin 14 iyun məlumatına görə, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik artil...
Türkiyədə yeni seçki sorğusu
Türkiyənin “Gezici” araşdırma şirkəti iyunun 24-nə təyin olunmuş prezident və parlament seçkiləri ilə bağlı rəy sorğusunun nəticələrini yayıb. Sorğunun 2814 seçici arasında keçirildiyi bəyan olunub. Novator.az-ın məlumatına görə, prezident seçkisinin rəy sorğusunda Ədalət və İnkişaf Partiyasının səd...
Rusiyada pensiya yaşı nə qədər və necə artır?
İyunun 14-də Rusiya hökuməti pensiya yaşını yüksəldən layihəni qəbul edib. Novator.az-ın məlumatına görə, parlamentin müzakirəsinə veriləcək qanun layihəsi kişinin pensiya yaşını 65-ə, qadının pensiya yaşını 63-ə qaldırır. İndi Rusiyada kişilər 60, qadınlar 55 yaşında pensiyaya çıxır. Nazirlər Kabin...
Azərbaycanda iş və işsizlik
Dövlət Statistika Komitəsi məşğulluq və işsizlik hesabatı yayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci il iyunun 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 103,5 min nəfər olub, onların 4 milyon 850,1 min nəfərini məşğul əhali təşkil edib. Mayın 1-nə muzdla işləyənlərin sayı 1 milyon 538,2 m...
Xarici sərmayədə lider ölkələr
2018-ci ilin yanvar-may aylarında xarici müəssisə və təşkilatlar Azərbaycanda 2 milyard 426,4 milyon manat sərmayə qoyub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 79,3 faiz...
Tədqiqat: dindar ateistdən çox yaşayır
ABŞ-ın Ohayo Universitetinin alimləri dini etiqadla ömür uzunluğu arasında əlaqəni üzə çıxarıblar. Novator.az-ın məlumatına görə, tədqiqat göstərib ki, müntəzəm olaraq kilsəyə gedən insanlar ateistlərdən orta hesabla 4 il çox yaşayır. Ekspertlər bunu inanclı insanların sosial işlərə daha sıx qatılma...
Dünya çempionatı: H qrupunun təqdimatı
Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı son təqdimatını diqqətə çatdırır. Çempionat iyunun 14-dən Rusiyada keçirilir. 32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq. H qrupu Ötən əsrin 70...
Həsrətindəyəm (38)
Firuzə DAVUDQIZI *** Elşad maşını həyətə salıb yerə endi. Alt-üst olmuş əhvalla masanın arxasına keçib oturdu. Zeynal yeyib-içəndən sonra qalxmış, qab-qaşıq eləcə süfrədə qalmışdı. Bu vaxt İlkinin maşını darvazanın önündə göründü. Salonu bürüyən oynaq musiqi səsi, səsucaldanların guppultusu buradan ...
Hər 100 doğulan qıza 113 oğlan düşür
Azərbaycan əhalisinin sayı 2018-ci ilin əvvəlindən 25 min 18 nəfər artaraq mayın 1-nə 9 milyon 923 min 103 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır. İlk dörd ay ərzində 44 min 540 doğulan körpə qeydə alın...
Bitkiçilikdə 52 faiz artım var (Makroiqtisadi göstəricilər)
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, bu ilin ilk beş ayında kənd təsərrüfatının ümumi məhsulu 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 8,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 52 faiz, heyvandarlıq...
İqtisadi artım: hər adama neçə manat düşür?
2018-ci ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin ilk beş ayına nisbətən 1,1 faiz artaraq 29 milyard 294 milyon manata çatıb. Əhalinin hər nəfərinə 2991,1 manat ÜDM düşüb. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Rəsmi məlumata görə, ÜD...
Manatın satış faizi dəyişdi
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 11 faizdən 10 faizə endirilməsi barədə qərar qəbul edib. Bunu İdarə Heyətinin sədri Elman Rüstəmov iyunun 14-də açıqlayıb. Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Novator.az bildirir ki, 2016-cı ildə uçot ...
Parisdə Bakı təqdimatı
İyunun 13-ü Parisdə, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib. AZƏRTAC xəbər verir ki, sessiyada baş nazir Novruz Məmmədov və nümayəndə heyəti üzvləri Bakı şəhərini təqdim ediblər. Novruz M...