• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni biznes fərmanında nələr var?

  • 27 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsinə fərman verib. Novator.az-ın məlumatına görə, iyunun 26-da imzalanan fərman icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin yaradılmasını nəzərdə tutur. Reyestrin operatoru funksiyalarını Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həyata keçirir.

Fərmanla Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnaməsi və strukturu, eləcə də kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı təsdiq edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aparatdan; kiçik və orta biznes evlərindən; kiçik və orta biznesin inkişafı mərkəzlərindən; Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzindən, kiçik və orta biznesin inkişafı fondlarından ibarətdir.

Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Qurumun aparatının işçilərinin say həddi 240 ştat vahididir.

Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Müşahidə Şurası onun sədri də daxil olmaqla 7 üzvdən: iqtisadiyyat nazirindən, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Şuraya iqtisadiyyat naziri sədrlik edir.

26 iyun fərmanında Nazirlər Kabinetinə altı ay müddətində “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi hazırlamaq tapşırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnaməsi

Azərbaycana siyasi məhbus məruzəçisi təyin edildi

  • 26 İyun 2018
  • comments

27 iyun məzənnələri

  • 27 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda