• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karapetyan partiya rəhbərliyindən getdi

  • 26 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ermənistanın sabiq baş naziri Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavini postundan istefa verib. Novator.az bildirir ki, rəsmi məlumat iyunun 26-da yayılıb.

1963-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Karen Karapetyan 2016-cı il sentyabrın 13-dən baş nazir postunu tutub. Həmin ilin noyabrında o, Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasına üzv qəbul edilib, daha sonra sədrin birinci müavini kürsüsünə gətirilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş şəxslər 1998-ci ildən Ermənistana rəhbərlik ediblər. 1991-ci ildə müstəqillik əldə edəndə Ermənistanda prezident postunu Suriyada doğulmuş Levon Ter-Petrosyan tutub. 1997-ci ildə o, Dağlıq Qarabağda doğulmuş Robert Köçəryanı baş nazir postuna gətirib.

1998-ci ilin fevralında Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

2008-ci ildə Robert Köçəryanı prezident postunda Serj Sərkisyan əvəzləyib. Serj Sərkisyan 2013-cü ildə yeni prezident seçilib.

2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, Karen Karapetyan isə baş nazirin birinci müavini təyin edilib. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib. Onun istefasından sonra Ermənistan hökumətinə Karen Karapetyan müvəqqəti rəhbərlik edib.

İcevan şəhərindən olan Nikol Paşinyanın mayın 8-də baş nazir kürsüsünə oturması ilə qarabağlıların Ermənistanda 20 illik hökmranlığına son qoyulub.

Gürcüstan hökuməti necə ixtisar olunur?

  • 26 İyun 2018
  • comments

Azərbaycana siyasi məhbus məruzəçisi təyin edildi

  • 26 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda