İsveçrəli deputat Lilian Mori-Paskye iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib. O, yeganə namizəd olub.
Novator.az-ın məlumatına görə, Lilian Mori-Paskye italiyalı Mikele Nikolettini əvəzləyib. Mikele Nikoletti bu il yanvarın 22-də AŞPA prezidenti seçilib, amma martın 4-ü İtaliyada keçirilən parlament seçkisində yenidən deputat mandatı ala bilməyib.
1949-cu ildə yaradılan Avropa Şurası 47 ölkəni birləşdirir. Qurumun əsas institutlarından biri üzv ölkələrin parlament üzvlərindən ibarət Parlament Assambleyasıdır.
Lilian Mori-Paskye 2012-ci ildən AŞPA-da təmsil olunur.