Yunanıstanın Saloniki şəhərində 21-ci Qida Festivalı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, festivalda Azərbaycanı “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Plov, dolma, qutab və digər təamlar təqdim olunub.
Festival həm də xeyriyyə məqsədi daşıyıb. Əldə olunan vəsait Filiroda yerləşən uşaq evinə bağışlanıb.