2018-ci ilin əvvəlinə Azərbaycanın 117 ali təhsil müəssisəsi və elmi təşkilatında doktoranturalar fəaliyyət göstərib və onlarda 53,7 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi təhsil alanların 79,6 faizinin fəlsəfə doktoru, 20,4 faizinin elmlər doktoru proqramları üzrə oxuduğunu bildirir.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 49,2 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların 37,5 faizi 40 yaşadək olan şəxslərdir.
Hesabata əsasən, fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2168 nəfərin 301-i filologiya, 284-ü iqtisad, 257-si texnika, 144-ü kimya, hər biri üzrə 133 nəfər olmaqla aqrar və tarix, 115-i tibb, 103-ü siyasi, 102-si pedaqogika, 98-i biologiya, qalanları elmin digər sahələri üzrə təhsil alır.
Doktorantlardan 98 nəfər filologiya, 85 nəfər aqrar, 63 nəfər texnika, 54 nəfər kimya, 43 nəfər iqtisad, 38 nəfər biologiya, 23 nəfər tarix, hər birində 20 nəfər olmaqla pedaqogika və hüquq, 19 nəfər fizika, hər birində 18 nəfər olmaqla tibb, sənətşünaslıq və yer elmləri, 38 nəfər digər sahələrdə elmlər doktoru proqramı üzrə oxuyur.
2016-cı illə müqayisədə ötən il fəlsəfə doktoru proqramı üzrə buraxılış 0,3 faiz azalaraq 529 nəfər, elmlər doktoru proqramı üzrə 12,7 faiz azalaraq 69 nəfər təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 8,3 faiz, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı 27,7 faiz artıb və müvafiq olaraq 455 və 129 nəfərə çatıb.