Bölgələrin bank göstəriciləri
- 07 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Novator.az Mərkəzi Banka istinadla bölgələrin kredit və əmanət hesabatlarını təqdim edir.
11,8 milyard manatlıq kredit portfelinin 9,7 milyard manatı Bakı şəhərinə aiddir.
İqtisadi rayonların kredit göstəriciləri belədir:
Aran – 506 milyon manat
Abşeron – 464,4 milyon manat
Gəncə-Qazax – 449,2 milyon manat
Lənkəran – 181,6 milyon manat
Quba-Xaçmaz – 143,9 milyon manat
Şəki-Zaqatala – 135,7 milyon manat
Naxçıvan – 106,2 milyon manat
Dağlıq Şirvan – 66,8 milyon manat
Yuxarı Qarabağ – 51,9 milyon manat
Kəlbəcər-Laçın – 300,6 min manat.
Əhalinin 7,9 milyard manatlıq əmanətinin 7,3 milyard manatı banklara Bakı şəhərində qoyulub. Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yer almır. Digər bölgələrin əmanət göstəriciləri belə sıralanır:
Abşeron – 168,1 milyon manat
Gəncə-Qazax – 134,5 milyon manat
Aran – 116,7 milyon manat
Quba-Xaçmaz – 48,3 milyon manat
Lənkəran – 50,3 milyon manat
Naxçıvan – 36,4 milyon manat
Şəki-Zaqatala – 37,5 milyon manat
Dağlıq Şirvan – 15,7 milyon manat
Yuxarı Qarabağ – 10,6 milyon manat.