Silkələnmə: dağıntı və tələfat yoxdur
- 06 İyun 2018
- comments
- Novator.az
- Posted in Xəbər
İyunun 5-i saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ 5,5 bal gücündə olub, episentrdə 6 bala qədər hiss edilib.
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a dağıntı və insan tələfatı olmadığını deyiblər: “Zaqataladan 24 kilometr cənubda qeydə alınan yeraltı təkanlar nəticəsində 2012-ci ilin mayında baş vermiş güclü zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş bəzi köhnə tikililərdə, həyətlərin hasarlarında xırda çatlar əmələ gəlib”.
İyunun 6-sı səhər Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildiriblər ki, zəlzələdən sonra indiyədək 7 silkələnmə qeydə alınıb. Zəlzələ güclü olduğundan silkələnmələrin bir müddət davam edəcəyi ehtimalı var.