İyunun 5-də Ali Məhkəmədə məhbus bloqçu Mehman Hüseynovun kassasiya şikayətinə baxılmalı idi. Amma proses baş tutmayıb.
“Turan”ın məlumatına görə, buna Mehman Hüseynovun məhkəməyə gətirilməməsi səbəb olub.
Mehman Hüseynovun şikayəti hakim İmran Hacıqayıbovun icraatındadır.
Hakim bildirib ki, o, məhbusun Ali Məhkəmədə keçiriləcək prosesdə iştirakının təmin olunması üçün Penitensiar Xidmətə məktub göndərib. Ancaq naməlum səbəblərdən Mehman Hüseynov məhkəməyə gətirilməyib.
Bloqçunun vəkili Fuad Ağayev “Turan”a deyib ki, bir neçə gün öncə Mehman Hüseynov saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən istintaq təcridxanasına köçürülüb. Vəkil bunun səbəblərinin də məlum olmadığını söyləyib.
Mehman Hüseynovun iştirakı təmin olunmadığına görə hakim şikayətə baxılmasını başqa vaxta – iyunun 25-i saat 16-ya təyin edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladıqdan sonra Ali Məhkəməyə şikayət verilib.
Sentyabrın 29-da Ali Məhkəmə bu qərarı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxıb, amma Mehman Hüseynov barəsində Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökmü yenə qüvvədə saxlayıb. Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib.
Mehman Hüseynov yoxa çıxıb
Mehman Hüseynovun məhkəməsi: qərar verildi
Nazirlik bloqçudan şikayətçidir
Mehman Hüseynovdan iltizam alındı
Mehman Hüseynov azadlıqdan məhrum edildi
Mehman Hüseynov həbsdə qaldı
Mehman Hüseynovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Mehman işi aşağı məhkəməyə qaytarıldı
Məhkəmə hökmü yenə qüvvədə saxladı
Məhbus bloqçu “Nərgiz” mükafatına layiq görülüb
Mehman Hüseynovun işindən şikayət hazırlanır