• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cocuq Mərcanlıya yeni köç

  • 31 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə növbəti köç başlayıb. Kənd əhli Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inşa etdiyi 100 evə köçürülür.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov AZƏRTAC-a bildirib ki, bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati binanın, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətləri çəkilib.

Tapdıq Nəsirov qeyd edib ki, kənddə əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Birinci mərhələdə kənddə məskunlaşan ailələr 40 hektar sahədə qarğıdalı, 10 hektarda şəkər çuğunduru, həmçinin bostan-tərəvəz bitkiləri əkiblər. Azərbaycan hökuməti ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin birgə layihəsi çərçivəsində Cocuq Mərcanlıda heyvandarlıq kompleksi, tərəvəz yetişdirmək üçün 15 ədəd istixana, həmçinin suvenir hazırlayan müəssisənin yaradılması da nəzərdə tutulur.

Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.

Ermənistan silahlı birləşmələri Cocuq Mərcanlını 1993-cü ilin oktyabrında tutub. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu kəndi işğaldan azad edib. 2016-cı ilin aprel ayından ordu ətraf ərazilərə nəzarət edir və Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub.

8 partiya, 68 bitərəf

  • 31 May 2018
  • comments

Büdcə: gəlir 98,5 faiz, xərc 98,1 faiz icra olunub

  • 31 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0

Tags

  • Bölgə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda