416 min nəfərlik tədqiqat: yumurta ömrü uzadır
- 23 May 2018
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Gündə heç olmasa bir yumurta yemək ürək-damar xəstəliyi riskini azaldır. Novator.az-ın məlumatına görə, Böyük Britaniya və Çin alimlərinin tədqiqatı bunu göstərir.
Tədqiqata Çinin 30-79 yaş arası 416 min sakini cəlb olunub. Doqquz il ərzində könüllülər nə qədər yumurta yedikləri haqda bilgi verib, həkimlər isə onların səhhətinə nəzarət edib.
Həkimlər 9 ildə 83 min 977 ürək-damar xəstəliyi aşkar edib. Həmin xəstəlik üzündən 9 min 985 insan həyatını itirib.
Mütəxəssislərin tədqiqatı göstərib ki, həftədə ən azı beş yumurta yeyənlər iki yumurta yeyənlərə nisbətən beyin insultu üzündən 28%, ürək-damar xəstəliyindən 18% daha az ölür.
Yumurta sevənlərin işemik ürək xəstəliyinə tutulma ehtimalının 12% daha az olduğu da üzə çıxıb.
Səidə Hüseynova