![]({"full":{"0":"2018\/05\/Netta-Barzilay-1.jpg","1":753,"2":502,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2018\/05\/Netta-Barzilay-1.jpg"}})
“Avroviziya 2018”in ilk onluğu
- 14 May 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Portuqaliyanın paytaxtı Lissabonun ev sahibliyi etdiyi “Avroviziya 2018” mahnı müsabiqəsi israilli müğənni Netta Barzilayın qələbəsi ilə başa çatıb. O, mayın 12-də keçirilən finalda münsiflərdən və tamaşaçılardan 529 xal alaraq birinci olub.
Novator.az-ın məlumatına görə, kiprli Eleni Fureyra 436 xalla ikinci, avstriyalı Sezar Sempson 342 xalla üçüncü yeri tutub.
İlk onluqda bu iştirakçılar da qərarlaşıb:
Mixael Şulte (Almaniya) – 340 xal
Ermal Meta və Fabrisio Moro (İtaliya) – 308 xal
Nikolas Cozef (Çexiya) – 281 xal
Bencamin İnqrosso (İsveç) – 274 xal
Elina Neçayeva (Estoniya) – 245 xal
Conas Rasmussen (Danimarka) – 226 xal
“DoReDos” qrupu (Moldova) – 209 xal.