• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan Qarabağdan başlayır

  • 08 May 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Ermənistanın yeni baş naziri Nikol Paşinyan ilk səfərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə edəcək. Novator.az-ın məlumatına görə, Yerevanda jurnalistlərə açıqlama verən Nikol Paşinyan Dağlıq Qarabağa mayın 9-da gedəcəyini bildirib.

Mayın 9-u ermənilər Şuşanın ələ keçirilməsinin 26-cı ilini qeyd edir.

1988-ci ilin fevralında Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

Nikol Paşinyan mayın 8-i parlamentdə baş nazir seçilib.

Ermənistan Konstitusiyasına görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır. Dövlət idarəçiliyinə ümumi rəhbərliyi baş nazir həyata keçirir. Qubernatorların təyinatı onun səlahiyyətindədir.

Nazirlər Kabineti üzvlərinin, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrin təyinatı baş nazirin təqdimatı ilə gerçəkləşir.

Silahlı Qüvvələr hökumətə tabedir, baş nazir Təhlükəsizlik Şurasına sədrlik edir, müharibə zamanı ali baş komandan olur. Baş Qərargah rəisi, qoşunların ali komandan heyəti vəzifəyə baş nazirin təqdimatı ilə təyin edilir.

Nikol Paşinyan 1975-ci il iyunun 1-də Ermənistanın İcevan şəhərində doğulub. 2012-ci ildən parlamentin deputatı idi.

Vətəndaş Sazişi Partiyasının sədridir.

2008-2018-ci illərdə prezident postunu tutan Dağlıq Qarabağ əsilli Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub. Xalq etirazlarına Nikol Paşinyan başçılıq edib.

Qarabağlıların dövranı başa çatdı

  • 08 May 2018
  • comments
Seymur Kazimov

Sosial medianın qanuni yollarla inhisara alınması

  • 08 May 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda