Novator.az bildirir ki, yeni Nazirlər Kabinetindəki 39 nəfərin 21-i paytaxt Bakının yetirməsidir.
Baş nazir Novruz Məmmədov Naxçıvan Muxtar Respublikasında doğulub. Hökumətdə Naxçıvan bölgəsində anadan olmuş bu şəxslər də var: fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov.
Baş nazirin müavini Hacıbala Abutalıbov Türkmənistanda anadan olub.
Baş nazirin müavini Əli Əhmədov, iqtisadiyyat naziri Şahin Mustafayev Ermənistanda doğulublar.
Baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevirdə, baş nazirin müavini Əli Həsənov Cəbrayılda anadan olublar.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Gəncədə dünyaya gəlib.
Daxili işlər naziri Ramil Usubov Xocalıda, müdafiə naziri Zakir Həsənov Astarada, müdafiə sənayesi naziri Yavər Camalov Sabirabadda dünyaya gəliblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəmkirdə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabadda, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Sumqayıtda anadan olublar.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Zəngilanda doğulub.
Nazirlər Kabinetində Bakı şəhərində anadan olan bu şəxslər yer alır: xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, maliyyə naziri Samir Şərifov, vergilər naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, səhiyyə naziri Oqtay Şirəliyev, gənclər və idman naziri Azad Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev.