Mayın 3-də Xaçmaz və ətraf rayonlardan olan 23 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib. Kreditlərin heyvandarlıq, bağçılıq, quşçuluq, un məmulatları, mebel istehsalı, logistik mərkəzin tikintisi və digər sahələrin inkişafına yönəldiləcəyi, 120-dən çox yeni iş yerinin açılmasının mümkün olacağı bildirilir.
AZƏRTAC xəbər verir ki, kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirdiyi işgüzar forumda təqdim olunub. Forumda çıxış edən fond rəhbəri Şirzad Abdullayev deyib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri 190,3 milyon manat güzəştli kredit alıb, 11 min 800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.