Naxçıvanın iqtisadi göstəriciləri açıqlanıb
- 19 Aprel 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 524 milyon 186 min manatdan artıq olub. Bu, bir il öncəki müvafiq göstəricidən çoxdur.
Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1156 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutub.
Hesabata görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,7 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 1,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,9 faiz artıb.