Düşmənin yaraladığı kənd sakininin vəziyyəti necədir?
Ağcabədi rayonunun qoşunların təmas xəttinin yaxınlığında yerləşən Yuxarı Qiyaməddinli kəndinin sakinləri təsərrüfat işləri ilə məşğul ola bilmirlər. Əsas qazancı əkin-biçindən və heyvandarlıqdan olan kənd camaatının sözlərinə görə, hər il yaz vaxtı, əkin-biçinin qızğın çağında erməni silahlıları on...
Neft Fondunun gəlir-çıxarı
Dövlət Neft Fondu bildirir ki, 2018-ci ilin yanvar-mart aylarında büdcə gəlirləri 4 milyard 424,2 milyon manat, xərclər 2 milyard 344,2 milyon manat olub. Neft və qaz sazişlərinin həyata keçirilməsindən 4 milyard 303,3 milyon manat, fondun vəsaitinin idarə olunmasından 120,9 milyon manat əldə edilib...
İnternet yasağı Federasiya Şurasından da keçdi
Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası aprelin 18-də internet resursları ilə bağlı yeni cəza qanununa səs verib. Novator.az bildirir ki, qanuna əsasən, vətəndaşın şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, hüquqi şəxsin işgüzar nüfuzuna xələl gətirən məlumatları internet resursundan...
Ermənilər Ağcabədi sakinini yaralayıblar
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. AZƏRTAC xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətb...
İlham Əliyev keçmiş rəqiblərinə vəd verdi
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqinin mətni yayılıb. Yenidən prezident seçilmiş İlham Əliyev aprelin 18-i Milli Məclisdə and içərək səlahiyyətlərinin icrasına başlayıb. O, aprelin 11-də 8 namizədin iştirakı ilə keçirilmiş prezident seçkisində 86,02 faiz səslə qalib olub. Zahid Oruc...
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Seymur Kazımov “Bu hadisə nəyə, kimə xidmət edir? İlk növbədə bu davranışla ATƏT-in çətiri altında ölkəyə müşahidəyə gələn 50-dən çox ölkənin 80-dək deputatına praktik vəziyyəti daha aydın görməyə imkan yaratdılar. Yəni bu davranışları ilə dedilər ki, ölkədə ən xırda tənqidə belə keçid yoxdur, tənqi...
Yeni seçki faiz sıralamasını necə dəyişdi?
Rəsmi nəticələrə görə, İlham Əliyev 11 aprel 2018-ci ilin prezident seçkisində 86,02 faiz səs toplayıb. Novator.az bildirir ki, bu, İlham Əliyevin ikinci ən yüksək göstəricisidir. İlk dəfə dövlət başçısı mandatı aldığı 2003-cü ilin 15 oktyabr seçkisində İlham Əliyev 76,8 faiz səs yığıb, 15 oktyabr 2...
Rusiyalıların 70 faizi qəzet oxumur
Rusiyanın “Levada” mərkəzi əhalinin xəbər mənbələrini araşdıran sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğu göstərib ki, respondentlərin 71%-i gündəlik xəbərləri əsasən televiziyadan izləyir. Sorğuya cəlb olunanların 86%-i ölkədə və dünyada baş verənlərdən televiziya proqramları vasitəsilə x...
10 ildə nə qədər vergi yığılıb?
2018-ci ildə dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə 7 milyard 907 milyon manat daxil olması nəzərdə tutulur. Bəs əvvəlki 10 ildə vergidən nə qədər vəsait gəlib? Novator.az rəsmi rəqəmlərə nəzər salıb. 2008-ci ilin büdcəsində 5 milyard 746,6 milyon manat vergi gəliri qeydə alınıb. 2009-cu i...
Peşə hazırlığı və əlavə təhsil kurslarının hesabatı
Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 786 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Həmin vətəndaşların 750 nəfəri əvvəllər peşə və ya ixtisasları olmayan, yaxud peşə vərdişlərinə uyğun iş tapılmayan şəxslərdir. Rəsmi hesabata görə, üç ayda 36 nə...
Güzəştli kreditlərin məbləği açıqlanıb
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34 min 963 sahibkara 2,1 milyard manatdan çox güzəştli kredit verilib. Bunu 2009-cu ildən fəaliyyət göstərən fondun icraçı direktoru Şirzad Abdullayev aprelin 18-də açıqlayıb. Rəsmi hesabata görə, kreditlər hesabına 160 ...
Nazirlər Kabineti istefaya getdi (Siyahı)
Aprelin 18-də İlham Əliyevin yeni prezidentlik dönəmi başlayıb. Azərbaycan Konstitusiyasının tələbinə görə, həmin gün Nazirlər Kabineti istefa verib. Kabinetə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Novator.az bildirir ki, təhsil nazir...
7 illik müddət başladı
Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyev aprelin 18-i Milli Məclisdə and içərək səlahiyyətlərinin icrasına başlayıb. İlham Əliyev aprelin 11-də 8 namizədin iştirakı ilə keçirilmiş prezident seçkisində 86,02 faiz səslə 7 il müddətinə prezident seçilib. Novator.az bildirir ki, 56 yaşlı İlha...
Aksiyaçılar geri çəkilmir
Ermənistanın paytaxtı Yerevanda Serj Sərkisyana qarşı aksiyalar davam edir. Novator.az-ın məlumatına görə, aprelin 18-i tezdən Fransa meydanında toplaşan aksiyaçılar baş nazirin iqamətgahına yol alıblar. İqamətgahın önündə onların qarşısını polis kordonu kəsib. 2008-ci ildən 2018-ci il aprelin 9-dək...
Mehmanxana biznesinə dair rəqəmlər
Dövlət Statistika Komitəsi mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 4,4 faiz, sektorun gəlirləri 18,2 faiz artıb. 2017-ci...
Xarici sərmayədə öncül ölkələr
2018-ci ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 386,5 milyon manat vəsait yönəldib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, xarici kapitalın 82,2 faizi Böyük Britaniya, Türkiyə, İsveçrə, Malayziya, Çexiya, Yaponiya, ABŞ, Rusiya...
Yeni məzənnələr
Mərkəzi Bank aprelin 18-də avronu (2,1041 manat), gürcü larisini (0,6998 manat) və Rusiya rublunu (0,0276 manat) ucuzlaşdırıb. ABŞ dollarının məzənnəsi 1,7 manat qalıb, dəyər artıran türk lirəsi isə banklara 0,4152 manata satılır (Məzənnələr). 2018-ci ildə dolların maksimal rəsmi qiyməti 1,7001 mana...
Sərkisyan hökumət qurmaq hüququ əldə etdi
Ermənistan prezidenti Armen Sərkisyan Serj Sərkisyanı baş nazir təyin edib. Bununla yeni hökumətin qurulmasına yol açılıb. Novator.az bildirir ki, ən geci 15 gün ərzində formalaşacaq yeni hökumətin baş nazirin birinci müavinindən, 2 müavinindən və 18 nazirdən ibarət olması nəzərdə tutulur. Təyinatla...