Sahiblik hissi
İlham İsmayıl Hər il olduğu kimi bu martda da Qarabağa getmişdim… Çox yekə çıxdı, eləmi? Qarabağın böyük bir hissəsi 26 ildir işğal altındadır. Qarabağın 18 rayonundan 12-si düşmən əlindədirsə, mənim ”Qarabağa getmişdim” deməyim təsəllidən o yana deyil. Deyirlər şükür et ki, kəndiniz Sarıcalı,...
ATƏT missiyası rəyini açıqladı
11 aprel prezident seçkisini müşahidə etmiş ATƏT və AŞPA missiyalarının nümayəndələri aprelin 12-si Bakıda mətbuat konfransı keçiriblər. Azadliq.org-un məlumatına görə, mətbuat konfransına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçisi Korin Yonker, ATƏT Parlament Assambleyasınd...
Ukrayna MDB-dən rəsmən çıxmaq istəyir
Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinə ölkənin Müstəqil Dövlətlər Birliyindən rəsmən çıxması proseduruna başlamaq göstərişi verib. Novator.az-ın məlumatına görə, aprelin 12-si paytaxt Kiyevdə keçirilən təhlükəsizlik forumunda çıxış edən Pyotr Poroşenko ölkə parlamentinə Rusiya ilə do...
Seçkidən sonra ilk tədbir: yeni məscid açıldı
Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Hacı Cavad məscidinin Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən əvvəlki binası plana düşdüyündən ötən ilin yayın...
İnternetə nəzarəti sərtləşdirən qanun qəbul olundu
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması aprelin 12-də internet resursları ilə bağlı yeni cəza qanununu son oxunuşda qəbul edib. Hakim Vahid Rusiya Partiyasından bir qrup deputatın təşəbbüsü olan layihə Dövlət Dumasında ilk oxunuşdan aprelin 5-də keçmişdi. Novator.az bildirir ki, qanun...
Müsavat yeni seçki tələb edir
Müsavat Partiyası 11 aprel prezident seçkisinin nəticələrinə münasibət bildirib. Bastainfo.com-un məlumatına görə, aprelin 12-si partiyanın Bakıdakı mərkəzi qərargahında keçirilən mətbuat konfransında danışan Müsavat başqanı Arif Hacılı prezident seçkisinin azad və ədalətli olmadığını, nəticələrin x...
Kim nə qədər səs yığıb?
Aprelin 12-də Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinin nəticələri ilə bağlı yeni açıqlama yayıb. Rəsmi məlumata görə, 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsinin hamısından hesabat alınıb. Etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında belə bölünüb: İlham Əliyev – 3...
Ermənistan prezidenti maaşdan imtina edir
Ermənistanın yeni prezidenti Armen Sərkisyan maaşını xeyriyyə işlərinə sərf edəcək. Novator.az-ın məlumatına görə, prezidentin müşaviri Asmik Petrosyan aprelin 12-də belə açıqlama verib. O, Armen Sərkisyanın 7 illik prezidentlik dövründə öz evində yaşayacağını da bəyan edib. Müşavir prezidentin maaş...
Müxalifətin mitinqinə razılıq verildi
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının aprelin 14-nə təyin etdiyi mitinqə razılıq verib. Aksiya saat 15-dən 17-dək paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçiriləcək. 14 aprel ...
Milli Şura nəticələri tanımır
11 aprel prezident seçkisini boykot etmiş Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Azadliq.info-nun məlumatına görə, bəyanatda qeyd olunur ki, milli qanunvericiliyin, beynəlxalq standartların pozulduğu, sərbəst toplaşmaq azadlığının, media azadlığının olmadığı, televiziyaların, elektron med...
Hərrac detalları
Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 17-də hərrac keçirəcək. Rəsmi məlumata görə, 10 aprel hərracında 1 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi özəlləşdirilib. “Hyundai Sonata” markalı avtomobilin start qiyməti 8500 manat olub, maşın 18200 manata satılıb. Eyni marka...
Azərbaycan nefti 75 dollara yaxınlaşdı
Aprelin 12-si dünya birjalarında neftin qiyməti artıb. AZƏRTAC-ın məlumatına görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 74,48 dollara yüksəlib. London birjasında “Brent” markalı neftin bir barrelinin 72,11 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin 67,02 dollara q...
Həsrətindəyəm (20)
Firuzə DAVUDQIZI Çox da böyük olmayan darısqal bir həyətə keçdik. Ev iki otaqdan ibarət idi. Mən içəri keçsəm də otağın ortasında sanki yerə mıxlanmışdım. Elə bil yuxu görürdüm. Yaşadıqlarıma hələ də inana bilmirdim. Çantaları yuxarı daşıyan Elşad arabir gözucu məni süzürdü. Heç nəylə maraqlanmamağı...
12 aprel məzənnələri
Mərkəzi Bank aprelin 12-də avronu və gürcü larisini bahalaşdırıb. Novator.az-ın məlumatına görə, avroya 2,1009, lariyə 0,708 manat qiymət qoyulub. ABŞ dollarının rəsmi kursu 1,7 manat qalıb. Ucuzlaşan valyutalara gəlincə, Rusiya rublu banklara 0,0272, türk lirəsi 0,4109 manata təklif edilir (Məzənnə...
Hakim partiya Sərkisyanı seçir
Ermənistan Respublika Partiyasının İcra Orqanı aprelin 11-də baş nazir postuna namizəd məsələsini müzakirə edib. Novator.az-ın məlumatına görə, namizədin partiya sədri Serj Sərkisyan olacağı açıqlanıb. Bu məsələyə Şuranın 14 aprel iclasında baxılacaq. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyy...
1/4 final bitdi
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi bitib. Novator.az-ın məlumatına görə, “Real” aprelin 11-i Madriddə “Yuventus”a 1:3 hesabı ilə uduzsa da, yarımfinala adlayıb. İlk görüş 3:0 hesabı ilə “Real”ın xeyrinə başa çatmışdı. Evdə “Sevilya” ilə qolsuz heçə-heçəyə razılaşan “Bavariya” da 1/4 final...
Təşəkkürlər, vədlər
11 aprel prezident seçkisinin ilkin rəsmi nəticələrində böyük fərqlə irəli çıxan dövlət başçısı İlham Əliyev ötən gecə Azərbaycan Televiziyasından xalqa müraciət edib. O, prezident seçkisində böyük etimada layiq bilindiyini vurğulayıb: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək...
İlkin nəticələr prezidenti qalib göstərdi
Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinin ilkin nəticələrini açıqlayıb. Novator.az bildirir ki, hesabata, dövlət başçısı İlham Əliyev 86 faiz səslə qalib gəlir. Prezidentliyə digər iddiaçıların göstəriciləri belədir: Zahid Oruc – 3,11 faiz Qüdrət Həsənquliyev – 3,04 faiz Sərdar Cəlaloğ...