• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalist bəraət almaq niyyətindədir

  • 05 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Cəzası şərti həbslə əvəzlənən jurnalist Əziz Orucov aprelin 5-də Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsindən evə buraxılıb.

“Kanal 13” internet televiziyasının direktoru olan Əziz Orucov 2017-ci il mayın 2-dən həbsdə idi. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası almışdı. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanmış, haqqında həbs qətimkan tədbiri seçilmişdi. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum etmişdi.

Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı bu hökmü Ali Məhkəmə 2018-ci il aprelin 5-də dəyişib. Əziz Orucovun cəzası 6 ildən 3 ilə endirilib, eyni zamanda onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub. Nəticədə Əziz Orucov saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.

Jurnalistin xanımı Lamiyə Orucova Novator.az-a deyib ki, Əzizin səhhətində problemlər var: “Böyrək ağrılarından, qan təzyiqindən əziyyət çəkir. Əllərində əsmə var, görünür, nevroz problemləri də yaranıb. Çox güman, xəstəxanada müalicəyə ehtiyac olacaq”.

Lamiyə Orucova qeyd edib ki, Əziz Orucov həbsdən buraxılmasını işin bitməsi saymır və bəraət almaq niyyətindədir: “Əziz Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək fikrindədir”.

“Kanal 13” internet televiziyasının fəaliyyətdə olduğunu bildirən Lamiyə Orucova həyat yoldaşının müalicədən sonra işini davam etdirəcəyini vurğulayıb.

“Kanal 13”ün direktoru həbs olunub

“Kanal 13”ün direktoruna cinayət işi açıldı

Əziz Qaraşoğlunun şikayəti təmin olunmayıb

Jurnalist ailəsi ilə əlaqə yarada bilmir

Əziz Orucovun anası insultdan dönüb

Həbsdə olan jurnalistin xanımından açıqlamalar

Əziz Orucovdan nə xəbər?

Jurnalistə qarşı ittiham ağırlaşdırılıb

Əziz Orucovun həbs müddəti uzadıldı

Əziz Orucovun işi üzrə istintaq yekunlaşıb

Ombudsman Əziz Orucova nə məsləhət görüb?

Əziz Orucovun mühakiməsinin vaxtı bilindi

Jurnalistin xanımı və anası dindirilib

Əziz Orucovun işi: bitməkdə olan məhkəmə nə vaxt bitəcək?

Jurnalistə 7 il həbs verilməsi təklif olundu

Hökmü gözləyənlər

“Kanal 13”ün direktoruna 6 il iş kəsildi

Məhbus jurnalistlə açıq görüşə icazə verilmir

Hökm dəyişmədi

Məhbus jurnalistin səhhəti pisləşib

Əziz Orucov azadlığa çıxır

Moskva da bloka əl atır

  • 05 Aprel 2018
  • comments

“Yalnız ondan sonra sülh bərqərar oluna bilər”

  • 06 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda