![]({"full":{"0":"2017\/11\/DSMF-en-yeni.jpg","1":750,"2":495,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2017\/11\/DSMF-en-yeni.jpg"}})
DSMF fərdi uçot hesabatı yayıb
- 05 Aprel 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Bu ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 41227 nəfərə fərdi şəxsi hesab açılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə hesabat yayıb.
Rəsmi məlumata görə, 2018-ci il aprelin 1-nə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz artaraq 3 milyon 607 min 972 nəfərə çatıb.
Fərdi uçot sistemi 2006-cı ildə qurulub, sığorta-pensiya sisteminin tərkib hissəsidir.