• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azadliq.info yenə qapanıb

  • 04 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Azadlıq” qəzetinin saytı Azadliq.info-ya giriş yenə mümkünsüz olub. 2016-cı ilin sentyabrından çapını dayandırmış qəzetin saytına giriş 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılıb. Həmin qərarla məhkəmə Azadliq.org, Azerbaycansaati.com, Meydan.tv saytlarına girişə və “Azərbaycan saatı” televiziya proqramının yayımına da məhdudiyyət qoyub.

Aprelin 2-də Azadliq.info-ya sərbəst giriş mümkün olduğundan mediada məhdudiyyətin götürüldüyü xəbəri yayılmışdı. Ancaq aprelin 3-dən yenə də Azadliq.info-ya giriş mümkünsüzdür.

Novator.az xatırladır ki, məhkəmə saytları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklayıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Prokurorluq nazirliyə müraciət edərək saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

İsa Qəmbər Almaniyaya gedib

  • 04 Aprel 2018
  • comments

Saç, dırnaq, bəzək qadağası

  • 04 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda