Bakıda yeni hospital
- 28 Mart 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Martın 27-si Bakının Nizami rayonunda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.
Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına bu tibb müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.
İlham Əliyev hospitalın kollektivi ilə görüşüb.