• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentliyə namizədlərin sayı 7-yə çatdı

  • 10 Mart 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezidentliyə rəsmi namizədlərin sayı 7-yə çatıb. Mərkəzi Seçki Komissiyası martın 10-da Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyevi, Müasir Müsavat Partiyasından Hafiz Hacıyevi, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayevi qeydiyyata alıb. Onların 40 mindən az olmayan seçici imzası toplaması əsas götürülüb.

Novator.az bildirir ki, aprelin 11-nə təyin edilmiş prezident seçkisində daha əvvəl 4 nəfər qeydiyyatdan keçib: Yeni Azərbaycan Partiyasından dövlət başçısı İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev və müstəqil namizəd, deputat Zahid Oruc.

Seçkidə iştirak üçün Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyası), Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyası), Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov da (müstəqil iddiaçılar) sənəd təqdim ediblər.

Seçki yarışına qatılan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev isə bu həftə geri çəkilib. O və partiyası 11 aprel seçkisində Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu dəstəkləmək qərarına gəlib.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub. Bir çox müxalif qurum, o cümlədən Müsavat Partiyası və AXCP seçkidə iştirak etmir.

Jurnalistlərin qurultayı nə qərarlar verib?

  • 10 Mart 2018
  • comments

Müxalifətin 10 mart mitinqi

  • 10 Mart 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda