• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyan yeganə namizəddir

  • 01 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçəcək. Novator.az-ın məlumatına görə, yeganə namizəd Armen Sərkisyandır. Onu hakim fraksiya namizəd irəli sürüb. Fraksiyaya Respublika Partiyası (105 mandatdan 58-nə sahibdir) və Daşnaksütun Partiyası (7 mandatı var) daxildir. 31 mandatı olan Sarukyan bloku da Armen Sərkisyana dəstək verir. 9 mandatı olan “Çıxış” bloku namizəd göstərməyib.

Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir.

O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib. 1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.

Armen Sərkisyanın namizədliyi Respublika Partiyasının sədri, hazırkı dövlət başçısı Serj Sərkisyanın təklifidir.

2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezident isə 7 illiyə seçiləcək.

Konstitusiyaya görə, parlament üzvlərinin dörddə üçünün (79 deputat) səsini toplayan şəxs prezident seçilir. İkinci turda prezident seçilmək üçün parlament üzvlərinin beşdə üçünün (63 deputat) səsi gərəkdir. Üçüncü turda prezident seçilmək üçün deputatların yarıdan çoxunun (53 səs) səsini toplamaq lazımdır.

Bir şəxsin yalnız bir dəfə prezident seçilmək hüququ var. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır.

Ermənistan iqtisadiyyatı 7,5% böyüyüb

  • 01 Mart 2018
  • comments
Baki

Bakının orta maaşı artıb, sərmayəsi azalıb

  • 01 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

GLOBALS:0
comments
Xəbər

ÜDM-in illəri

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiya veteran tapdağında? – “Röyter”

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi göstəricilər

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

Son materiallar

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

GLOBALS:0
comments
Xəbər

ÜDM-in illəri

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiya veteran tapdağında? – “Röyter”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda