• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ali Məhkəmə Nardaran işi üzrə qərar verdi

  • 01 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Martın 1-i Ali Məhkəmədə “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərləri barəsində hökmdən kassasiya şikayəti üzrə proses başa çatıb. APA-nın məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclas şikayətin təmin edilməməsi barədə qərar çıxarıb.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. 2 polis əməkdaşının, 4 qəsəbə sakininin həlak olduğu əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb. Qarşı tərəf ittihamları rədd edir.

Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrupdan Taleh Bağırov və Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Ramin Yarıyevin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu qrupa hökm 2017-ci il yanvarın 25-də oxunub.

Bu il fevralın 13-də Qaradağ Rayon Məhkəməsi Taleh Bağırova yeni cinayət işi üzrə iş kəsib. Taleh Bağırov beş ay müddətinə azadlıqdan məhrum edilib. Məhbus qadağan olunmuş əşyaların saxlanması, gəzdirilməsi, daşınması və istifadəsində təqsirli bilinib.

Neçə müəllimin maaşı artır?

  • 01 Mart 2018
  • comments

Paytaxt: 15426 nikah, 4906 boşanma qeydə alınıb

  • 01 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Din
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda