• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavat nə qərar verəcək?

  • 28 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Müsavat Milli Şuranın birgə mitinqlər keçirmək çağırışına müsbət cavab verəcək”. Partiya başqanının müavini Gülağa Aslanlı fevralın 28-də Novator.az-a belə deyib.

Gülağa Aslanlının sözlərinə görə, Müsavatın rəsmi qərarı bu həftə veriləcək: “Milli Şuranın müraciəti bizim üçün gözlənilməz deyil. Bir neçə gün əvvəl həm partiya daxilində, həm də partiya başqanı ilə Milli Şura sədri arasında birgə mitinqlər haqqında ilkin razılaşmalar olub. Müsavat Partiyası martın 2-də yekun qərar verəcək. Qərarın müsbət olacağı şübhəsizdir. Müsavat birgə mitinqlərin keçirilməsinə tərəfdardır”.

Fevralın 27-də Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə Milli Şuranın çağırışı ilə bağlı fikirlərini bölüşüb: “Milli Şuranın sədri Cəmil Həsənlinin seçki kampaniyası dövründə birgə ümumxalq mitinqlərinin keçirilməsi üçün Müsavat Partiyasına və REAL Hərəkatına müraciətini xoşməramlı addım kimi qiymətləndirirəm. Bu təklif Müsavat Partiyası Məclisinin saxta seçkilərə qarşı real müxalifət qüvvələrinin birgə mübarizəsi qərarı ilə səsləşən təklifdir. Ən qısa müddətdə Cəmil bəyin bu təklifini dəyərləndirib mövqeyimizi açıqlamaq niyyətindəyik. Bizdən müsbət cavab gözləyin”.

Fevralın 27-də Milli Şura birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat Partiyasına və REAL Hərəkatına müraciət ünvanlayıb. 2013-cü ildə yaradılmış bu quruma tarixçi alim Cəmil Həsənli sədrlik edir. Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.

Cəmil Həsənlinin birgə mitinqlər müraciəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlıdır. O bildirir ki, Milli Şuranın Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkiyə qarşı kütləvi aksiyaların keçirilməsin zəruri sayır, birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat Partiyasına və REAL Hərəkatına müraciət edir.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Novator.az-a deyib ki, Milli Şuranın müraciəti yaxın günlərdə müzakirə olunacaq.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib.

Demokratik Qüvvələrin Milli Şurası, Müsavat Partiyası, REAL Hərəkatı və başqa bir neçə qurum seçkidə iştirakdan imtina edib. Onlar ölkədə azad, әdalәtli seçkinin mümkünsüz hala gəldiyini əsas gətirir.

Məhkəmə-Hüquq Şurası 2017-nin hesabatını verib

  • 28 Fevral 2018
  • comments

Yeni forum, yeni kreditlər

  • 28 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda