• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xocalının əhalisi rəsmi statistikada

  • 26 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

Novator.az Xocalı rayonunun əhalisinin sayının 1990-cı illərdən bəri necə dəyişməsinə nəzər salıb.

Xocalı rayonu 1991-ci il noyabrın 26-da Azərbaycan parlamentinin Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edən qərarı ilə yaradılıb. Həmin qərara əsasən, Əsgəran rayonunun ərazisi Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonunun tərkibinə verilib.

O vaxt rayonun 50 kəndi, 2 qəsəbəsi olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalı şəhərini işğal edərək 613 nəfəri qətlə yetirib.

Dövlət Statistika Komitəsinin 1995-ci il hesabatında Xocalı rayonunun əhalisinin sayı 23,6 min nəfər göstərilib.

Rəsmi bilgiyə görə, 2000-ci ildə Xocalı əhalisinin sayı 23,9 min nəfərə, 2005-ci ildə 24,9 min nəfərə, 2010-cu ildə 26,2 min nəfərə çatıb.

Sonrakı illərin göstəriciləri belədir:

2011-ci il – 26,5 min nəfər

2012-ci il – 26,7 min nəfər

2013-cü il – 27 min nəfər

2014-cü il – 27,2 min nəfər

2015-ci il – 27,5 min nəfər

2016-cı il – 27,8 min nəfər

2017-ci il – 28 min nəfər.

2018-ci ilin əvvəlinə Xocalı rayonunun 28,3 min nəfər əhalisi olub.

1988-ci ilin fevralında Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər, eləcə də Xocalı şəhəri ermənilərin əlinə keçib.

1992-ci il mayın 8-9-da Şuşa şəhərinin işğalı ilə Azərbaycan Dağlıq Qarabağa nəzarəti tam itirib.

Müharibənin sonrakı mərhələsində Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

Aynur Mesimova Temkin

Eşq və xəyanət (19)

  • 26 Fevral 2018
  • comments

Avropa Liqası: 13 klub siftəyə gedir

  • 26 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda