Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunları başa çatmaq üzrədir. Novator.az-ın məlumatına görə, fevralın 23-dək Norveç və Almaniya idmançıları 13 qızıl medal qazanıblar.
Kanadanın 10, ABŞ-ın 8, Niderlandın 7 qızıl medalı var.
İsveç, Fransa, Avstriya 5 qızıl əldə edib.
Cənubi Koreya 4 qızıl, İsveçrə, Yaponiya, İtaliya 3 qızıl götürüb.
Belarus 2 qızılla sonrakı pilləni tutur.
Çin, Rusiya, Çexiya, Slovakiya, Böyük Britaniya, Polşa, Macarıstan, Ukrayna 1 qızılla kifayətlənirlər.
Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı Qış Olimpiya Oyunlarından kənarlaşdırdığı üçün bu ölkə Pxençanda olimpiya bayrağı altında iştirak edir. Cəza 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında ən çox qızıl medal almış Rusiyanın bəzi idmançılarının dopinqdən istifadəsinin üzə çıxması ilə bağlıdır.