• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seçkiyə getməyənlərin planı

  • 22 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Azərbaycanın bir qrup müxalif təşkilatı aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkisinə qatılmır. Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Müsavat, Liberal partiyaları, REAL Hərəkatı və başqa bir neçə qurum seçkidə iştirakdan imtina edib. Bu təşkilatların seçki kampaniyası dövründə birgə addımlar atması mümkündürmü?

Milli Şuranın sədri Cəmil Həsənli Novator.az-a deyib ki, seçki kampaniyası dövründə Azərbaycan qanunlarının imkan verdiyi hüquqlardan istifadə ediləcək: “O cümlədən siyasi aksiyaların – sanksiyalaşdırılmış mitinq, piket, küçə yürüşlərinin keçirilməsi planlaşdırılır. Aksiyalarda həm seçki məsələsi, həm də Azərbaycan cəmiyyətini narahat edən digər problemlər müzakirə olunacaq.

Milli Şura boykot, yaxud seçkidə iştirak etməmək qərarı vermiş partiya və hərəkatları həmin aksiyalara dəvət edəcək. Ümid edirik ki, müxalifətin bu formatda birgə siyasi aksiyaları baş tutacaq. Birgə boykot kampaniyası, aksiyalar haqqında konkret danışıqlar olmayıb, amma seçkiyə qatılmayan təşkilatların nümayəndələri açıqlamalarında birgə tədbirlərdə iştiraka hazır olduqlarını bəyan ediblər. Yaxın günlərdə birgə görüşlərdə, söhbətlərdə bu məsələlər müzakirə edilə bilər”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Novator.az-a müxalif düşərgənin nümayəndələrinin bir araya gəlməsi üçün problem yaşanmadığını deyib: “Seçki dövrü üçün tədbirlər planımız var. Bu plana bir çox məsələ, o cümlədən ölkədə fəaliyyət göstərən xarici diplomatlar, beynəlxalq təşkilat nümayəndələri ilə görüşlər, kütləvi aksiyaların keçirilməsi, televiziyada çıxış almaq və digər təşəbbüslər daxildir.

Eyni zamanda müxalifətin birgə aksiyalar keçirməsi məsələsi müzakirə olunur. Ümumi müzakirələr var və ilkin debatlar mövcuddur. Ayrı-ayrı siyasətçilər, “Nida” Vətəndaş Hərəkatının və digər təşkilatların nümayəndələri fəallıq göstərib hansısa nəticələrə nail olmağa cəhd edirlər. Siyasətçi, hüquqşünas Qurban Məmmədov birgə aksiyalar təşəbbüsü ilə çıxış edərək ayrı-ayrı siyasi partiya nümayəndələri ilə görüşlər keçirib. Müxalifət təmsilçilərinin görüşləri mümkündür və heç bir problem yaşanmır”.

Novator.az-a danısan Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı deyib ki, prezident seçkisinə qatılmayan təşkilatların məsləhətləşmələrinə ehtiyac var: “Birgə edə biləcəyimiz işlərin siyahısını tutub birlikdə iş görmək mümkündür. Bunun üçün bəzi addımlar atılıb”.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.

Mərkəzi Seçki Komissiyası indiyədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onların arasında prezident İlham Əliyev, deputatlar Araz Əlizadə, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Zahid Oruc da var.

Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?

  • 22 Fevral 2018
  • comments

Teyyub Qurban vəfat edib

  • 22 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda