• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Abbas Ələsgərovun nekroloqu

  • 20 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov fevralın 18-də vəfat edib. Rəsmi nekroloqda bildirilir ki, Abbas Ələsgərov 1937-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsini mühəndis-inşaatçı ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə hələ tələbə ikən, 1959-cu ildə “Xalqtəsərrüfatmaştəchizatsatış” idarəsində mühəndis kimi başlayan Abbas Ələsgərov 1960-1961-ci illərdə ixtisaslaşdırılmış “Sənayetikintimexanikləşdirmə” trestində texnik, usta və mühəndis, 1961-1962-ci illərdə Kommunal Təsərrüfat Nazirliyinin əsaslı tikinti şöbəsində mühəndis işləyib, 1962-1976-cı illərdə Sənaye Tikinti Nazirliyində tikintidə yeni texnikanı tətbiq edən “Texniki tikinti təşkilatı” trestində böyük mühəndis, qrup rəhbəri, şöbə müdiri və baş mühəndis, 1976-1977-ci illərdə Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin tikinti idarəsində baş mühəndis vəzifələrində çalışıb. 1977-1982-ci illərdə SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərdövlətsənayelayihə” İnstitutunda baş mühəndisin müavini, 1982-1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin layihə konstruktor-texnoloji bürosunun, 1983-2007-ci illərdə Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifələrini tutub.

Abbas Ələsgərov 2007-ci ildən ömrünün sonunadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub, eyni zamanda 2007-2012-ci illərdə Azərbaycan Memarlar İttifaqına sədrlik edib.

Abbas Ələsgərov əməkdar mühəndis və əməkdar memar fəxri adlarına layiq görülüb, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Nekroloq prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və başqa rəsmilərin adından yayılıb.

13 oldu

  • 19 Fevral 2018
  • comments

Prezident təqaüdləri necə artır?

  • 20 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda