Sənaye: qeyri-neft sektorunda istehsal 8,7 faiz artıb
- 15 Fevral 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
2018-ci ilin yanvar ayında 3,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7 faiz artıb.
Neft hasilatının 0,2 faiz, əmtəəlik qaz hasilatının 5,9 faiz azaldığı bildirilir.
Sənaye məhsulunun 75,9 faizi mədən sektorunda, 19,1 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.