• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Meliorasiya fərmanı yenilənib

  • 09 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan 23 iyun 2016-cı il fərmanını yeniləyib. Sənədin 2.3-cü bəndi ləğv edilib. Novator.az-ın məlumatına görə, həmin bəndə əsasən, ASC-nin, onun idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətlərinin meliorasiya və su təsərrüfatı obyektlərini layihələndirməsi, tikinti (inşa, cari və əsaslı təmir, yenidən qurulma, bərpa), idarə olunma, saxlanma, qorunma işləri görməsi üçün lisenziya və icazə alınması tələb olunduqda həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmurdu.

Yenilik “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliyin tətbiqindən irəli gəlir. 12-ci maddədə dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma onun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və siyahısı müvafiq icra hakimiyyəti orqanında müəyyən olunan icazə alınması tələb olunmur.

2016-cı il fərmanı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi hüququ alıb. ASC-nin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi zamanı Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir.

Nəticələr və planlar

  • 09 Fevral 2018
  • comments

Yoxlamaların hesabatı

  • 09 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda