• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Daha qəti addımların atılmasına ehtiyac var”

  • 09 Fevral 2018
4
SHARES
FacebookTwitterPinterest

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibə verib. Dağlıq Qarabağ məsələsinə toxunan nazir deyib ki, münaqişənin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir: “1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan və terror əməlləri ilə müşayiət olunan aqressiv separatizm SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü formasını aldı. Hərbi güc tətbiq edən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı. Ona görə də bu gün Avropada da baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır.

Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. İkinci Dünya müharibəsində Almaniya və Fransa arasında olduğu kimi işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər üzbəüz dayanıblar. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə verdiyi qəti və birmənalı mövqeyidir. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu bir daha təsdiq olunur, işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr Fransanın da daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır”.

Nazir qeyd edib ki, avropalı tərəfdaşlar Ermənistanda öz tarixi torpaqlarından didərgin salınmış 250 000 azərbaycanlı, 1989-cu ilin statistikasına görə Dağlıq Qarabağın ümumi əhalisinin 20 faizini təşkil edən 40 000 artıq azərbaycanlı və həmçinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayondan qovulmuş 700.000 nəfərdən artıq azərbaycanlının hüquqlarına laqeyd münasibət bəsləyir: “Onların sülh və təhlükəsizlik şəraitində yaşamaq, öz evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüququ Avropa İttifaqından olan tərəfdaşlarımız və insan hüquqları təşkilatlarının tam diqqətində olmalıdır.

İşğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətinin nəticəsində Azərbaycan İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb. Ermənistanın işğal siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət, habelə soyqırımı əməlləri törədilib. 1992-ci ilin fevralında 600-dən artıq dinc sakininin, o cümlədən uşaq, qadın və yaşlıların amansızcasına öldürüldüyü Xocalı soyqırımı münaqişənin ən qanlı səhnələrindən biridir.

Münaqişənin digər bir faciəvi humanitar aspekti əsir və itkin düşmüş şəxslərdir. Aralarında çoxsaylı mülki şəxslər də olmaqla 4000-dən artıq azərbaycanlı əsir və itkin düşmüş hesab olunur. Ailələr 25 ildən artıq dövr ərzində öz yaxınlarının taleyi barədə məlumat gözləyirlər. Bir neçə il əvvəl işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlar hələ də girovluqda saxlanırlar”.

“Sizcə, münaqişənin bir həlli varmı” sualına nazir belə cavab verib: “Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nın qətnamələri Dağlıq Qarabağı Azərbaycanın ərazilərinin ayrılmaz bir hissəsi kimi tanıyır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ermənistan gücdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqda davam edir və beynəlxalq ictimaiyyətin iradəsinə və mövqeyinə zidd olaraq danışıqları pozmaq siyasəti yürüdür.

Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir”.

Minsk qrupunun fəaliyyətinə toxunan nazir deyib: “25 ildən artıq fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb. Minsk qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT-nin müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlayıb və təsdiq edib. Amma indiyə qədər onun icrası təmin olunmayıb.

Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və BMT nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar. Daha qəti və təsirli addımların atılmasına ehtiyac var. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub. Odur ki, həmsədrlər mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür”.

Gömrük Komitəsi ilə 29,96 faiz artımla başlayıb

  • 09 Fevral 2018
bazar

2018-in ilk rəqəmləri: ərzaq 6,9 faiz bahalaşıb

  • 09 Fevral 2018

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualManşetŞərh

Konstitusiyadakı dilimiz

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
AktualManşetŞərh

Cib boşalır, büdcə dolur

comments
AktualManşetŞərh

Artımın astar üzü

comments
AktualManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
AktualManşetŞərh

Əziyyətli ölkə

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada VPN bumu. Səbəb nədir? – “Vaşinqton Post”

comments
Dünyanın səsiManşetŞərh

Moskvada 9 may boşluğu – CNN

comments
AktualManşetŞərh

Kursu necə dəyişməli?

comments
AktualManşetŞərh

Cins nisbəti: pozuntu və mübarizə

comments
AktualManşetŞərh

Yerevanı hansı qüvvə alovlandırır?

comments
AktualDünyanın səsiManşetŞərh

Putini cavab verməyə məcbur edəcək qadın – “Associated Press”

comments
AktualManşetŞərh

Xilas olmağın ilk addımı

comments
Dünyanın səsiManşetŞərh

“Wall Street Journal”: ABŞ nüvə müharibəsini udacağını göstərməlidir

comments
Dünyanın səsiManşetŞərh

Sərmayəçilər Çindən niyə qaçır? – CNN

comments
Dünyanın səsiManşetŞərh

ABŞ rəsmilərinin Kiyev səfərinin gizlinləri – “Nyu-York Tayms”

comments
Dünyanın səsiManşetŞərh

“Qərbin bəxti gətirib ki, ABŞ-ın prezidenti Baydendir”

comments
Dünyanın səsiManşetŞərh

Vahid Ələkbərovun istefası necə şərh olunur?

comments
AktualDünyanın səsiManşetŞərh

Rus imperiyasının sonu? – “Wall Street Journal”

comments
AktualManşetŞərh

İki nazirliyin bir cavabı

comments
ManşetŞərh

Demokratik Azərbaycanda…

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada senzurasız informasiya məkanı – “Nyu-York Tayms”

comments
AktualManşetŞərh

Artım iddiası, real mənzərə

comments
Dünyanın səsiManşetŞərh

“Sky News”: “Moskva”nın məhvi Putin üçün böyük biabırçılıqdır

comments
Dünyanın səsiManşetŞərh

Niyə Rusiyanın təcavüzü soyqırımı kimi araşdırmalıdır? – CNN

comments
AktualManşetŞərh

Prezident iradına irad

comments
Dünyanın səsiManşetŞərh

CNN: Türk dronları Ukrayna müqavimətinin simvoluna çevrilib

comments
Dünyanın səsiManşetŞərh

Entoni Blinken Dövlət Departamentinin hesabatını necə şərh edir?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda