• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

MSK növbədənkənar seçkini təyin etdi və planını açıqladı

  • 06 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Fevralın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda növbədənkənar prezident seçkisinin təyin edilməsi məsələsinə baxılıb.

Fevralın 5-də prezident İlham Əliyev “Növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda MSK-ya növbədənkənar seçkinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

MSK-nın 6 fevral iclasında bu məsələ müzakirə olunub. MSK sədri Məzahir Pənahov deyib ki, prezidentin növbədənkənar seçki elan etmək səlahiyyəti var.

Məsələ səsə qoyularaq qəbul edilib. Beləliklə, MSK-nın qərarına əsasən aprelin 11-nə ölkədə növbədənkənar prezident seçkisi təyin olunub.

“Report”un məlumatına görə, iclasda 11 aprel seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı da qəbul edilib.

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.

Namizədlərin qeydə alınması ilə bağlı təqdim olunan imza vərəqələrinin yoxlanması üçün MSK nəzdində işçi qrupu da yaradılıb. Qrupa rəhbərlik MSK üzvü Etibar Quliyevə tapşırılıb.

APA-nın məlumatına görə, prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək.

Təqvim planına əsasən, Azərbaycanın bütün ərazisində seçki müşahidəsinin aparılması üçün ərizələr MSK-ya aprelin 1-dək təqdim olunmalıdır.

Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər.

Seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması martın 7-dək davam edəcək.

Seçkiqabağı təşviqatın aparılması martın 19-u başlanacaq, aprelin 10-u saat 08:00-da dayandırılacaq.

Seçki bülletenlərinin hazırlanması aprelin 1-dək başa çatacaq.

Səsvermə protokollarının dairə seçki komissiyalarına, oradan da məntəqə seçki komissiyalarına verilməsi prosesi aprelin 7-dək yekunlaşmalıdır.

MSK Katibliyinin İnformasiya Mərkəzi səsvermə günü – aprelin 11-də seçici fəallığı ilə bağlı ilkin məlumatları gün ərzində 5 dəfə – saat 10, 12, 15, 17 və 19-da açıqlayacaq.

Azərbaycanda növbəti prezident seçkisi nə vaxt olacaq?

Seçkiyə bir il qalmış…

Seçkini irəli çəkmək mexanizmi işə düşdü 

Seçki vaxtı qabaqlasa… 

“Prezident bu hüququndan istifadə edə bilər” 

Azərbaycanda növbədənkənar prezident seçkisi

YAP prezidentliyə namizədini bu həftə elan edəcək

Milli Şura seçkini boykot etməyə qərar verdi

Növbədənkənar seçki: kim necə qiymətləndirir?

Prezident

Yeni təyinatlar

  • 06 Fevral 2018
  • comments

Bölgələrdə kredit və əmanətlər

  • 07 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda