• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qida Təhlükəsizliyi Agentliyi gücləndirilir

  • 29 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirən sərəncam imzalanıb. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin imzaladığı sənəd bəzi obyektlərin İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin balansından agentliyin balansına verilməsini nəzərdə tutur.

26 yanvar sərəncamında Nazirlər Kabinetinə iki ay müddətində Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə nəzərdə tutulan dövlət əmlakının agentliyin balansına verilməsini təmin etmək tapşırılıb. Nazirlər Kabineti İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən və Səhiyyə Nazirliyindən agentliyə keçəcək ştat sayının və 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin agentliyə ötürülməsi üçün zəruri tədbirlər də görməlidir.

Dövlət başçısının 13 noyabr 2017-ci il fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən olunub.

2017-ci il dekabrın 25-də Qoşqar İlahi oğlu Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

 Səhiyyə Nazirliyinin balansından verilən laboratoriyalar

 Kənd Təsərrüfatı Nazirliyinin balansından verilən laboratoriyalar

 İqtisadiyyat Nazirliyinin balansından verilən laboratoriyalar

Hökumətdə qayçılama

  • 29 Yanvar 2018
  • comments

Prokurorluğun illik hesabatı

  • 29 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda