• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prokurorluğun illik hesabatı

  • 29 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

2017-ci ildə 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Rəsmi məlumata görə, yanvarın 26-sı Baş Prokurorluqda keçirilmiş kollegiya iclasında belə deyilib. Hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov qeyd edib ki, 2017-ci ildə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, quldurluq, soyğunçuluq, oğurluq və dələduzluq cinayətlərinin açılma faizləri yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 418 cinayətin açılması təmin olunub: “İstintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları 12960 şəxs barəsində 10931 cinayət işinin istintaqını yekunlaşdırıb baxılması üçün məhkəmələrə göndərib”.

Hesabata əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2017-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqını tamamlayıb, həmin işlər üzrə müəyyən edilmiş ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatı ödənib, qalan ziyanın ödənməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub.

Kollegiya iclasında qeyd edilib ki, 2017-ci ildə bütövlükdə prokurorluq orqanlarına 83 mindən çox, o cümlədən Baş Prokurorluğa 45 min ərizə və şikayət daxil olub, onlardan 32 mininin müvafiq qaydada həlli, o cümlədən 4480 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin edilib. Prokurorluq orqanlarında 32 mindən çox vətəndaş qəbul olunub.

Hesabat dövründə 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi vurğulanıb.

Qeyd edilib ki, aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan olunub, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən götürülüb, 3 nəfər isə prokurorluq orqanlarından çıxarılıb.

Qida Təhlükəsizliyi Agentliyi gücləndirilir

  • 29 Yanvar 2018
  • comments

Seçkinin ilk turunda prezident önə çıxdı

  • 29 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda