• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Media qanununda iki maddə dəyişdi

  • 19 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Dövlət başçısı İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, qanunun iki maddəsi yenilənib:

Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi

Kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və ya “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Müvafiq icra hakimiyyəti orqanı:

1) əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;

2) kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.

Müvafiq icra hakimiyyəti orqanı:

1) dövri mətbu nəşr bu Qanunun 3-cü maddəsinin beşinci abzasının tələblərini yerinə yetirmədikdə;

2) dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə);

3) kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda;

4) kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.

Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət

Kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən:

senzura tətbiq etmək;

peşə müstəqilliyini pozmaq;

tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə etmək, yaxud məhv etmək;

jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək;

jurnalistə informasiya verilməsi üzərinə, qanunla qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək;

jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş müddətdə cavab verməmək;

habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər.

Avropa Məhkəməsi azərbaycanlı jurnalistlə bağlı qə...

  • 18 Yanvar 2018
  • comments

Soyqırımı: anım sərəncamı verilib

  • 19 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda