Novator.az “Doğum günü insanı necə nişan verir?” silsiləsinin növbəti bölümünü təqdim edir.
Ayın 11-də doğulan
Heç bir rəqəmin 11 qədər güclü ruhu yoxdur. Ayın 11-də doğulan insan uşaqlıqdan özünə daxili inkişaf və mərhəmət yolu seçir.
Maddi dünya onu narahat edən ən axırıncı məsələdir, o, hər şeydən əvvəl qəlbinin qeydinə qalır.
Bu insan sözün gücünü anlayır, ona görə də bütün deyilənləri yaxşıca götür-qoy edir və heç vaxt boş məsləhət və tövsiyələr vermir.
11-in fikrinə diqqətlə qulaq asmağa dəyər. Əmin olun ki, o qərar qəbul etməzdən əvvəl bütün mümkün nəticələri hesablayıb. Onun hissiyyatı ekstrasenslik həddindədir.
Ayın 12-də doğulan
Ayın 12-də doğulan insan 1 rəqəmindən möhkəm iradə, həyata nikbin münasibət və sönməyən enerji kimi xüsusiyyətləri götürüb.
2-dən isə o, daxili harmoniya, güc balansı, əla təşkilatçılıq istedadı və ünsiyyət bacarığı alıb.
On iki – bütün bəşəriyyət üçün müqəddəs rəqəmdir, bu amili hesaba almamaq olmaz. Min il bundan əvvəl günün vaxtını, ilin aylara bölünməsini və uzunluq ölçüsünü təyin etmək üçün məhz 12-ni seçiblər. “Onlar dünyanı yaxşıya doğru dəyişə bilər” missiyasının məhz ayın 12-də doğulanların üzərinə qoyulması təsadüfi deyil.
(Ardı var)
Silsilənin əvvəli: 1, 2, 3, 4, 5
Səidə Hüseynova